BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilən ərazilərdə erməni hərbçilərin meyitlərinin axtarışı bərpa olundu

İkinci Qarabağ müharibəsində məhv edilən və meyitləri işğaldan azad olunan ərazilərdə qalan Ermənistan əsgərlərinin qalıqlarının axtarışı bərpa edilib.

 

Pravda.az xəbər verir ki, bu gün axtarış işləri Füzuli, Cəbrayıl rayonları və Hadrut qəsəbəsi istiqamətində aparılır.

 

Axtarış işləri fevralın 15-də dayandırlımışdı.

 

Məlumata görə, atəşkəsdən sonra - 2020-ci il noyabrın 13-dən indiyədək 1 485 erməni hərbçisinin meyiti tapılıb.Report

Tarix: 2 Mart 2021, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin