BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvi Məmmədov vəzifəsindən azad edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

 

Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir.Report

Tarix: 2 Mart 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin