BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bir fakültəni bitirmişik, qaragüruha oynayırsan” - Mirşahinlə Arif Hacılı arasında QALMAQAL

REAL Televiziyasının rəhbəri Mirşahin Ağayevlə və Müsavat Partiyasının başqanı Arif Hacılı arasında qalmaqal baş verib.

 

Pravda.az-ın xəbərinə görə, REAL TV-nin əməkdaşı Mahir Məmmədli Almaniyadakı mühacir alverində ittiham olunaraq saxlanıldığı idddia edilən müsavatçılarla bağlı A. Hacılıdan müsahibə götürmək istəsə də, alınmayıb.

 

Arif Hacılı müsahibədən imtina etməsinin səbəbini sosial şəbəkədə belə açıqlayıb:

 

“Hakimiyyət yandaşı REAL TV uzun müddətdir ki, məndən müsahibə götürmək istəyir. Məni studiyaya dəvət edir və s. İmtina edirəm. Onlara dəfələrlə demişəm ki, böhtan püskürən bu TV-nin efirinə çıxmağı özüm üçün mümkün saymıram. Qəragaha da gəliblər, müsahibə verməmişəm. Məlumat aldım ki, indi məni Müsavat qərərgahı qarşısında gözləyirlər. Köməkçim onlara bildirib ki, Müsavat başqanı sizin TV -yə müsahibə verməyəcək. Getməyiblər. Bu da bir təxribatdır, yəqin ki”.

 

REAL TV-nin rəhbəri Mirşahin Ağayev də onun statusuna cavab yazıb, beləcə mübahisə yaranıb.

 

A.Hacılı bildirib ki, REAl TV-yə danışmaq istəmir: “Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsunuz”.

 

REAL TV- nin rəhbəri isə partiya başqanının ucuz populizmlə məşğul olduğunu bildirib: “Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu publikana, lap doğrusu qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla dırnaqarası mühacir məsələsindən danışacam”.

 

Arif Hacılı da M.Ağayevi etik davranmağa çağırıb: “Bir partiya başqanı ilə sən deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarından xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

 

Növbəti dəfə M.Ağayev daha sərt formada reaksiya verib: “Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başkan, daşkan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.

 

 

 

Tarix: 15 Noyabr 2019, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin