BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorbaçovdan Putinə çağırış: “Sovet respublikaları ilə əlaqələr bərpa olunmalıdır”

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya hakimiyyətini postsovet məkanında dövlətlərarası inteqrasiyanı gücləndirməyə çağırıb.

 

Pravda.az xəbər verir ki, eks-prezident TASS-a geniş müsahibəsində bu barədə danışıb.

 

M.Qorbaçov hesab edir ki, Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını möhkəmləndirmək lazımdır. Onun fikrincə, Rusiya həmçinin Moskva ilə ixtilfada olan SSRİ-nin sabiq respublikaları ilə münasibətlərini bərpa etməlidir: “Avrasiya İttifaqı, KTMT- Bütün bu təşkilatları möhkəmləndirmək lazımdır. Rusiyanın ixtilafda olduğu keçmiş sovet respublikaları ilə əlaqələr bərpa olunmalıdır. Bunun üçün bir proqrama ehtiyac yaranıb”-deyə Qorbaçov vurğulayıb.

 

Mixail Qorbaçov deyib ki, SSRİ-ni saxlamaq olardı: “Yenilənmiş, islahatçı, respublikalara geniş hüquqlar, real suverenlik verən İttifaqı qorumaq olardı”.

 

Martın 2-də Mixail Qorbaçovun 90 yaşı tamam olur.

 

 

Tarix: 2 Mart 2021, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin