BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX: Dövlət sərhədini qanunsuz keçməklə bağlı 13 cəhdin qarşısını alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

 

DSX-ın mətbuat xidmətindən Pravda.az-a verilən məlumatına görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son günlərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

 

Ötən il dekabrın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.

 

Bu il yanvarın 3-dəHeydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhə­dindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətən­daşları 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.

 

Yanvarın 4-də Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba­kı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gə­lən Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.

 

Yanvarın 8-də  Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı 1997-ci il təvəllüdlü Raza Hassanın pas­por­tun­da Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.

 

Yanvarın 3-də Astara SNM-də İran İslam Respublikasından ölkə­mizə gələn İİR vətəndaşı 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqan­larında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.

 

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.

Tarix: 11 Yanvar 2020, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin