BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidov: “ABŞ-da hakimiyyət və siyasət tez-tez dəyişir, amma...”

ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən 907-ci düzəlişi zaman özü ləğv edəcək.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

O bildirib ki, 907-ci düzəlişi 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi qəbul edib. Bu, Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

 

Səməd Seyidov vurğulayıb ki, həmin illərdə Azərbaycanda normal hakimiyyət və düzəlişin ləğvi üçün çıxış yolu tapacaq mütəxəssislər yox idi.

 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə digər məsələlər kimi 907-ci düzəlişin ləğvi istiqamətində də bir sıra addımlar atılıb. Hətta ABŞ rəsmiləri də anlayıblar ki, 907-ci düzəliş  ABŞ-ın milli maraqlarına qarşıdır.

 

Səməd Seyidov vurğulayıb ki, ABŞ-da hakimiyyət və siyasət tez-tez dəyişir, amma Azərbaycanla münasibətlər dəyişməz olaraq qalır. Azərbaycan ABŞ-ın milli maraqlarına toxunmur. ABŞ da Azərbaycanın milli maraqlarını üstün tutaraq hər hansı bir müdaxilə etmir və problem yaratmır. Ona görə də 907-ci düzəliş ləğv edilməlidir.

 

Millət vəkilinin fikrincə, bu düzəliş qüvvədə olsa da, əslində, yardımlardan Ermənistan daha çox məhrum qalır.

 

Bir neçə gün öncə ABŞ-dan olan konqresmenlərlə video formatda görüş olub və 907-ci düzəlişin ləğvi də müzakirə edilib.

 

Tarix: 3 Mart 2021, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin