BURADA REKLAMINIZ OLA
BİLƏR

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Bu il Həcc ziyarətinə ancaq yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvənd edilmiş şəxslər gedə biləcək.

 

Pravda.az-ın “Okaz” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.

 

Qərara əsasən, yalnız COVID-19-a qarşı peyvənd olunmuş şəxslərin bu il Həcc ziyarətində iştirakına icazə veriləcək.

 

“COVID-19 peyvəndi Həcc ziyarətində iştirak edəcək şəxslər üçün məcburidir və əsas şərtlərdən biri olacaq”, - deyə qərarda bildirilib.APA

Tarix: 3 Mart 2021, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin