BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkar edildi

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

 

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan,  19 mindən çox  müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

 

 

Tarix: 3 Mart 2021, 15:55   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin