BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şəhidin əşyalarını göndərirdim, dedilər, 30 kq pulsuz, qalan hər kq üçün 40-50 qəpik ödəməlisiniz"

"Qardaşımın şəxsi əşyaları və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm. Karqo ilə göndərmək üçün dəfələrlə hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da, nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinə zəng etdim. "Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kq pulsuz, qalan hər kq üçün 40-50 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur" dedi Paşa bəy. Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bugün onun əşyalarını Naxçıvana göndərmək AZAL üçün böyük problem olub.


Pravda.az-ın xəbərinə görə, bunu Elyar İslamoğlu deyib.

"Tüpürüm o məbləğə, mənim üçün o məbləğ heç nədir. Amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir? Əşyaları karqoyla göndərmək bu qədərmi çətindir? Hava limanının rüşvətxor, harın rəhbərinin damarlarından azərbaycanlı qanı axsaydı, şəhidə qarşı belə hörmətsizlik edilməzdi. İçimizdəki düşmənlər ön cəbhədəki düşməndən daha təhlükəlidir. Heç kim incidilmiş şəhid ailələrindən ikinci dəfə fədakarlıq gözləməsin. Çox heyf minlərlə şəhiddən, çox heyf..."

Tarix: 3 Mart 2021, 16:08   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin