BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov bu tarixdə azadlığa buraxılır

Türkiyədə həbs olunmuş azərbaycanlı iş adamı Mübariz Mənsimovun müəyyən şərtlər daxilində azadlığa buraxılması üçün İstanbul prokurorluğu məhkəməyə müraciət edib.

 

İstanbul 27-ci Ağır Cəza Məhkəməsində barəsində hökm çıxarılan azərbaycanlı iş adamı ilə bağlı qərar martın 5-də veriləcək.

 

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, - prokurorluğun tələbində deyilir.

Tarix: 3 Mart 2021, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin