BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baku Electronics" istehlakçıların hüquqlarının pozdu

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

 

Pravda.az xəbər verir ki, istehlakçıların hüquqlarının pozulmasına görə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.7-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

 

Xatırladaq ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.Report

 

Tarix: 4 Mart 2021, 10:16   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin