BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qərar verilsə ki, 300 dolları 500 dollara qaldırmaq lazımdır, icra edəcəyik”

“Fiziki şəxslərin xaricdən idxal etdiyi məhsulların limitinə (300 dollar) çatdırılma xərcləri də daxildir”.

 

Pravda.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, hesablamalara əsasən fiziki şəxslərin ölkəyə idxal etdiyi məhsulların  83-87 faizi 300 dolları keçməyib: “Əgər bir ailənin 4 üzvü varsa, onlar bir ay ərzində 1200 dollara qədər vəsaiti idxal edə bilər. Bu, kifayət qədər böyük rəqəmdir. Hökumət qərar versə ki, 300 dolları 500 dollara qaldırmaq lazımdır, biz onu icra edəcəyik”.

Tarix: 4 Mart 2021, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin