BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAP-da vəziyyət acınacaqlıdır”

“Yeni Azərbaycan Partiyasında vəziyyət olduqca acınacaqlıdır, istər İdarə Heyətində, istərsə də Siyasi Şurada. Həbs olunanların, dövləti narazı salanların, hakimiyyətlə xalq arasında uçurum yaradanların əksəriyyəti elə YAP-ın üzvləridir. Belə şəxslər müxtəlif postları tutmalarına baxmayaraq, vəzifələrinə uyğun hərəkət etmədilər”


Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

C.Nuriyev qeyd edib ki, partiya rəhbərliyində peşəkarlar təmsil olunmalıdırlar: “Azərbaycanda belə bir xəstəlik var: Bir adama 5 vəzifə verirlər, heç birinin də öhdəsindən gələ bilmir. Hara gedirsən, hər yerdə vəzifə tutanlar eyni adamlardır. Bu, gözləntiləri doğrultmur, doğrultmayacaq da. Onsuz da dünyanın hansı ölkəsində olmasa da, Azərbaycanda bir qovluqdur, bir də özün, olur partiya . YAP-a nə qədər partiya qoşulur qoşulsun, ən azından aparatda peşəkarlar çalışmadıqca vəziyyət dəyişməz. Tibbi dildə desək, YAP hazırda reanimasiyadadır, ya təcili əməliyyat olunmalıdır, ya da digər partiyalar kimi “adı var, özü yox” şüarı ilə barışmalıdır. İdarə Heyətindəkilər ya millət vəkilləridir, ya da başqa vəzifə sahibləri. Üç-dörd nəfər də gəncləri var idi, onları da seçdilər Parlamentə, hərəsi bir yerdə oturublar. Amma qeyd edim ki, heç o gənclər də fərqlənə bilmirdilər”.

 

Nəzrin Cavid

Tarix: 4 Mart 2021, 17:16   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin