BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat Partiyası Milli Məclisə müraciət etdi

Müsavat Partiyası Çində uyğurlara qarşı törədilən cinayətlərin soyqırım kimi tanınması üçün Azərbaycan Milli Məclisinə müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə qeyd olunub:

 

Çin Xalq Resbublikasının ərazisində olan Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinə qarşı Pekin rejiminin diskriminasiya, soyqırım siyasəti uzun illərdir ki, davam edir. Sincan-Uyğur Muxtar Bölgəsi 1,65 milyon kv. km ərazisi ilə Çinin ən böyük inzibati-ərazi vahididir. Əhalinin 1953-cü ildəki siyahıyaalmasına görə burada əhalinin 75%-ni uyğurlar təşkil etdiyi halda ölkənin dominant etnosu olan han çinlilərinin sayı cəmi 6% idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişdi və hazırda bu ərazidə uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfər)hanların sayı isə 40%-i ötüb. Çin hökuməti belə demoqrafik siyasət yürütməklə müsəlmanları ölkə miqyasında olduğu kimi, bu bölgə daxilində də azlığa çevirməyə çalışır.

 

Hələ 2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli "etibarlı hesabatlara" istinad edərək bildirmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır. Çin hakimiyyəti uzun illərdir ki, Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə" çevirib.

Uyğurların bir qismi islah məqsədilə “Təhsil-islah mərkəzləri” adı altında xüsusi cəza düşərgələrində saxlanılır.

 

Çin dövlətinin uyğurlara qarşı apardığı insanlığa zidd, diskriminasiya, repressiya  siyasətindən  milyonlarla uyğurların əzab-əziyyət çəkdiyi artıq heç kəsə sirr deyil.

 

 Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar uşaqlarının dövlət məktəblərinə qəbulunun yasaqlanması, dini qaydalara əsasən kəbin kəsməyin qadağan olunması, pasportun verilməsinin məhdudlaşdılması kimi qadağalarla üz-üzədir.

 

Uyğur türlkərinə qarşı bu vəhşilik bütün dünyanın gözü qarşısında baş verir və bunun qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilmir.

 

BMT, ABŞ, Kanada və bəzi Avropa ölkələri Çinin uyğurlara qarşı soyqırımı siyasətinə öz  etirazlarını dövlət səviyyəsində bildirsə də, təssüf ki, Türk dilli və müsəlman dövlətləri, o cümlədən Azərbaycan insanlığa qarşı bu cinsyəyətə hər hansı rəsmi münasibət bildirməyib.

 

Müsavat Partiyası uyğur türklərinə qarşı bu cinayətlərlə bağlı məsələnin Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılması və soyqırım kimi tanınmasının zərururi olduğunu bəyan edir

Tarix: 4 Mart 2021, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin