BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-ın qurultayından inciyənlər var

“Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayı məhdud sayda nümayəndələrin iştirakı ilə baş tutacaq”.

 

Bu barədə hakim partiyanın İdarə Heyəti üzvlərindən biri söyləyib.

 

Adının çəkilməsini istəməyən YAP yetkilisinin sözlərinə görə, 5 mart qurultayına hətta bir çox Siyasi Şura üzvləri də çağrılmayıb: “Səbəb pandemiya ilə bağlı karantin qaydalarının gözlənməsidir. Ona görə də bir sıra üzvlərimiz incik düşüblər. Amma onlar bunu nəzərə almalıdır. Qurultaya qatılacaq şəxslərin hamisi “COVOD-19″testindən keçib”.

 

Həmsöhbətimiz onu da əlavə edib ki, Milli Məclisin YAP-dan olan 30- ya yaxın deputatı , həmçinin əksər rayon-şəhər icra hakimiyyətlərinin başçıları da  bu ali tədbirə dəvət almayıb.

 

Qurultayın harada keçirilməsinə gəlincə, araşdırmamız zamanı bəlli oldu ki, tədbir elə hakim partiyanın mərkəzi aparatında baş tutacaq.

 

Qeyd edək ki, YAP-ın qurultayının olacağı barədə ilk xəbəri Gununsesi.info yayıb. Bununla bağlı xəbərimizdə o da qeyd olunur ki, qurultayda YAP-ın İdarə Heyəti və Siyasi Şurasında təmsil olunan bir sıra tanınmışlar oradan uzaqlaşdırılacaq.Gununsesi.info

Tarix: 4 Mart 2021, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin