BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rüşvət verildiyini görə-görə formalaşan uşaqdan ciddi vətəndaş gözləmək doğru deyil” – Aysel Əlizadə

"Qadınlar bayramı gəlir. Müəllimlər üçün pul yığmayaq, rüşvət verməyi dayandıraq. Maaşları azdır, bəli. Ölkədə böyük bir müəllim ordusu var. Bu ordu əslində nə sayılır? Ölkənin ziyalı ordusu. Ziyalı mövqeyi  sərgiləmək təkcə ayrı-ayrı fərdlərin borcu deyil. Müəllim ziyalıdı. Heç olmasa özünə aid dərdi dilə gətirsin. Maaşlarından narazıdılarsa, dövlət qarşısında öhdəlik qoysunlar, əmək haqlarının artmasını istəsinlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

A.Əlizadə bildirib ki, müəllimlər valideynlərdən rüşvət gözləməməlidirlər: "Rüşvətlə cəmiyyət yürütməzlər. Müəlliminə rüşvət verildiyini görə-görə formalaşan uşaqdan ciddi vətəndaş, insan olmağı gözləmək doğru deyil. Onun nə dəyər anlayışı ola bilər? Mümkün deyil. Kimsə sıyrılıb çıxa bilər bu komdan, bütünlükdə isə toplumun dəyərlər sistemi olmaz".

Tarix: 4 Mart 2021, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin