BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrükdən “Nemiroff Delikat” markalı spirtli içkilər keçirmək istəyən şəxs saxlanılıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan sipirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbiri nəticəsində Ağstafa rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsində olan spirtli içkiləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

 

Daha sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postunda avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində 1 litr həcmində, ümumilikdə 90 ədəd “Nemiroff Delikat” markalı spirtli içki aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 Mart 2021, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin