BURADA REKLAMINIZ OLA
BİLƏR

“Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır” – Ramiz Mehdiyev

“Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri AMEA-nın rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının VII qurultayında jurnalsitlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə hazırda prezidentə sadiq olmayan məmurlar yoxdur:

 

“5-ci kalon məsələsini ortaya atıblar. Doğurdan da ölkə başçısına sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə, indi və əvvəlki vaxtda da cənab prezidentə sadiq olmayan məmurlar yoxdur. Yəni mən tanımıram. Çünki Azərbaycanın gələciyi budur və bu yoldur”.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) qapalı şəraitdə VII qurultayı başa çatıb.

 

Bizim.media

Tarix: 5 Mart 2021, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin