BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn Paşayev də YAP-dakı vəzifəsini itirəcək - SƏBƏB

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirildi və bir sıra dəyişikliklər baş verdi. Aparılan struktur və idarəetmə dəyişiklikləri nəticəsində bir çox YAP üzvü Partiyanın rəhbər heyəti sıralarından kənarlaşdırıldı. Proqnozlara görə, hələ Partiyada təmsil olunan bəzi şəxslərin də YAP-dan uzaqlaşdırılacağı gözlənilir.

 

Pravda.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də tutduğu vəzifədən uzaqlaşdırılacaq. Mənbənin məlumatına görə, bu vəzifəyə daha gənc, enerjili, PR işini mənimsəmiş kadrın təyin olunması gözlənilir. Məlumat üçün bildirək ki, Hüseyn Paşayev uzun illərdir YAP-ın mətbuat xidmətinin rəhbəri postundadır. Əksər hallarda onun haqqında haqlı olaraq mediada tənqidi məqalələr də dərc edilib.

 

Qeyd edək ki, Hüseyn Paşayev, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının üzvüdür.

 

Konkret.az

 

Tarix: 5 Mart 2021, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin