BURADA REKLAMINIZ OLA
BİLƏR

Döyüş atışlı məşğələlər keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

 

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

 

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

 

Tarix: 5 Mart 2021, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin