BURADA REKLAMINIZ OLA
BİLƏR

​ Putin: “Bu, çox təhlükəli prosesdir” - VİDEO

"Liviyada Rusiya vətəndaşları var. Lakin onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər və Rusiya dövlətindən də pul almırlar".

 

Pravda.az-ın xəbərinə görə, Kremldə Almaniyanın federal kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin rusiyalılardan ibarət "Vagner" adlı muzdlu silahlı qrupun Liviyada olub-olmaması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

 

Putin münaqişə zonalarında hər cür muzdluların olduğunu söyləyib: "Bizdə olan məlumatlara görə, çoxlu sayda muzdlular Suriyanın İdlib zonasından Liviyadakı münaqişə zonasına yerləşdirilib. Bu, çox təhlükəli prosesdir. Biz Türkiyə prezidenti ilə bu barədə danışdıq. Ümid edirik ki, əldə etdiyimiz razılıqdan sonra hərbi əməliyyatlar və eyni vaxtda Liviyaya əlavə muzdlu kontingentin göndərilməsi də dayandırılacaq". APA 

 

Tarix: 11 Yanvar 2020, 19:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin