BURADA REKLAMINIZ OLA
BİLƏR

Novruzda ictimai nəqliyyat işləməyəcək? - AÇIQLAMA

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə ki, martın 5-də koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, amma sağalanların sayı isə 175 nəfər olub.

 

Yoluxma sayında müşahidə edilən kəskin artım səbəbindən karantin rejimin sərtləşəcəyi ilə bağlı iddialar səsləndirilir. Bu iddialardan biri də bayram günlərində insanların kütləvi toplaşmasının qarşısını almaq üçün ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlıdır.

 

Elə 8 mart - Beynəlxalq Qadınlar günündə də ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Maraqlıdı bəs Novruz bayramın da ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulacaq? Sonxeber.az-ın bununla bağlı sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, bayram günləri yoluxma sayı 1000-ə çata bilər: "Yoluxma sayının yenidən artmaması üçün bayram günlərində karantin rejimi yenidən sərtləşdirilməlidir. Eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət qoyula bilər. Çünki bayram günlərində insanlarımız bir-birinin evinə gedir, kütləvi toplaşırlar. Bu da yoluxanların sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, müəyyən sərtləşmələr olmalıdır. Təbii ki, bununla bağlı düzgün qərar vermək səlahiyyəti də Operativ Qərargaha aiddir".

Tarix: 6 Mart 2021, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin