BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur agentliyin operatoru İraqda öldürüldü

"Ruptly" videoagentliyin operatoru İraqda xidmət aparan zaman öldürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "Russia Today" (RT) telekanalının baş redaktoru Marqarita Simonyan öz "Telegram" kanalında məlumat verib. O, "Ruptly"nin stringer-operatoru Saafa Qalinin İraqda silahlı naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

 

Qeyd edək ki, dünən İraqın cənubunda "Diclə" telekanalının iki jurnalisti güllələnib. Telekanalın özünün yaydığı məlumata əsasən, reportyor Əhməd Abdel Səməd və operator Saafa Qali Bəsrə şəhərində öldürülüblər. "Ruptly" videoagentliyi RT beynəlxalq televizya şəbəkəsinin tərkibinə daxildir.APA

Tarix: 11 Yanvar 2020, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin