BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əsas vəzifəmiz Prezidentin ətrafında sıx birləşərək Azərbaycanın inkişafı üçün çalışmaqdır" - Adil Əliyev

"Martın 5-i Azərbaycan üçün növbəti bir tarixi hadisə ilə yadda qaldı. Altı siyasi partiya hakim Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaqla bağlı qərar qəbul etdi. Yeni Azərbaycan Partiyası ölkəmizin həyatında çox mühüm yer tutan siyasi təşkilatdır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

A.Əliyev xatırladıb ki, VII Qurultayda partiyanın sədri yenidən cənab Prezident İlham Əliyev seçilmiş, sədrin I müavini vəzifəsinə isə Mehriban xanım Əliyeva təyin edilib: "Habelə, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası ləğv edilərək yeni İdarə Heyəti formalaşmışdır. Yeni İdarə Heyətinin tərkibində Milli Məclisdə bərabər çalışdığım və işgüzar həmkarlarımın olması olduqca sevindiricidir. Bu münasibətilə İdarə Heyətinin yeni üzvlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm. Hər birimizin əsas vəzifəsi ölkə başçısının ətrafında daha da sıx birləşərək, ölkəmizin inkişafı üçün çalışmaqdır".

Tarix: 6 Mart 2021, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin