BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Fərəcovun restoranı karantin qaydalarını pozdu

Dünən Sumqayıt şəhərində yerləşən “Poseydon” restoranında keçirilən toy mərasimi polis əməkdaşları tərəfindən yaxalanıb.

 

Məlumatda təxminən 150 nəfərin toplaşdığı məclisdə karantin qaydalarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata əsasən, polis əməkdaşları tərəfindən vaxtında aşkar edilən məclis tez bir zamanda ləğv edilərək, iştirakçılar barədə inzibati tədbirlər görülüb.

 

Deyilənə görə, sözügedən restoranda pandemiya dövründə bundan öncə də dəfələrlə toy-nişan məclisləri təşkil edilib.

 

Qeyd edək ki, iddialara görə, adıçəkilən restoran şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur və məclisin dağılma anında o, özü də orada iştirak edib.

 

Konkret.az

Tarix: 6 Mart 2021, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin