BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda kütləvi etiraz aksiyaları - VİDEO

Tehran ayaqdadır və “yalançı” məmurları ittiham edir

 

Bu gün İran yanvarın 8-də Ukrayna sərnişin təyyarəsini səhvən raketlə vurduğunu etiraf edib. Bu xəbər xalq arasında şok effekti yaradıb. Tehranda spontan şəkildə bir araya gələn qəzəbli insanlar İran hakim dairələrini, ölkə rəhbərliyini istefa verməyə çağırıblar.

 

Etiraza qoşulanlar əsasən vurulmuş təyyarədə həyatını itirmiş insanların doğmaları və qohumlarıdır. Onlar Amirkabir Texnologiya Universitetinin yanına yığışıblar.

 

Etirazçılar İran rəhbərliyini “yalançı” adlandırıblar. Etiraz aksiyasını özündə əks etdirən video-görüntülər sosial şəbəkələrdə yayılıb.

 

İran sərnişin təyyarəsinin raketlə vurulması ehtimalını dönə-dönə, özü də ən yüksək səviyyədə rədd etmişdi. Elə bu səbəbdən də İran tərəfinin rəsmi etirafı xalq arasında qəzəblə qarşılanıb.

 

Bu gün müxtəlif Qərb mənbələri İran rəsmilərinin bu etirafının ölkədə çaxnaşma yarada biləcəyi ilə bağlı ehtimallar səsləndirmişdi. Ancaq bu etirazın belə tezliklə həyata keçirilməsi onlar üçün də gözlənilməz olub.BBC

 

Tarix: 11 Yanvar 2020, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin