BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

 

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.Report

Tarix: 11 Yanvar 2020, 23:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin