BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Maserati” səkiyə çırpıldı - FOTO

Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

 

Pravda.az-ın məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

 

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

 

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

 

Qəza ilə bağlı araşdırma aparılır.

 

Report

Fotoları təqdim edirik
Tarix: 9 Mart 2021, 00:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin