BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən il Azərbaycanda 1,2 min nəfərə müharibə veteranı adı və vəsiqəsi verilib

Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən ötən il 7,4 min ərizənin baxılması təmin edilib.

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib.

Onlardan 1,2 min nəfər müharibə veteranı, 182 nəfər Silahlı Qüvvələr veteranı, 5 nəfər isə əmək veteranıdır.

Tarix: 9 Mart 2021, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin