BURADA REKLAMINIZ OLA
BİLƏR

Şiə qruplaşmalarından birinin lideri öldürüldü - SON DƏQİQƏ

İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.

 

Pravda.az-ın xəbərinə görə, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

 

Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.

 

Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib.

 

Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.

 

İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir.Virtualaz.org

Tarix: 12 Yanvar 2020, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin