BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin köməkçiləri kimlərdir? - FOTO

AMEA-nın prezidenti Ramiz Mehdiyevin köməkçilərinin sayı və kimliyi məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, Ramiz Mehdiyevin 7 köməkçisi var.

 

Onun köməkçi heyəti aşağıdakılardır:

 

1) Eldar Əmirov – AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

2) Həcər Vəliyeva – AMEA prezidentinin köməkçisi

3) Arzu Əlizadə – AMEA prezidentinin köməkçisi, kimya üzrə fəlsəfə doktoru

4) Ələddin Məlikov – AMEA prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent

5) Şahin Yəhyayev – AMEA prezidentinin köməkçisi

6) Natiq Allahverdiyev – AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri

7) Toğrul Muradov – AMEA prezidentinin qəbul otağının elmi katibi, riyaziyyat elmləri doktoru, dosent

 

Qeyd edək ki, Ramiz Mehdiyevin əsas köməkçisi Eldar Əmirovdur. O, 1985-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə Kiyev Kadrların İdarəedilməsi Akademiyasında Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

 

Konkret.az

Fotoları təqdim edirik
Tarix: 9 Mart 2021, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin