Reklam

Rusiya XİN-dən AÇIQLAMA

Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razıdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

 

"Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz qoymuş bu faciəli hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir", - deyə bəyanatda vurğulanıb.

 

Rusiya XİN-dən o da bildirilib ki, Rusiya Türkiyədən səfir Karlov sui-qəsdinin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağına ümid edir: "Rusiya və Türkiyə istintaq orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinə və məhkəmənin nəticələri, bu terror aktının birbaşa sifarişçiləri və təşkilatçıları barədə hərtərəfli məlumatların Ankaradan alınacağına ümid edirik".

Tarix: 9 Mart 2021, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin