BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ağır qəza - 6 yaşlı Fransa vətəndaşı öldü

Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.

Pravda.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb. 

Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib. 

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.


APA


Tarix: 10 Mart 2021, 00:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin