BURADA REKLAMINIZ OLA
BİLƏR

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edildi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır.

 

Pravda.az-ın “Sputnik”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan hökumətinin saytında yayımlanan bəyanatında deyilir.

 

Bəyanatda qeyd edilib ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır.

Tarix: 10 Mart 2021, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin