BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava küləkli olacaq – PROQNOZ

Sabah – yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb  küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.

 

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm  civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq.  

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək  isti olacaq.

Tarix: 12 Yanvar 2020, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin