Reklam

Atəşkəsdən sonra işğaldan azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub

10 noyabr 2020-ci il tarixindən bu günədək işğaldan azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub, 11 mülki şəxs isə yaralanıb.

 

Bu barədə Pravda.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan və ərazilər minalardan təmizlənənədək həmin ərazilərə səfər etməmələrini xahiş edib.

Tarix: 10 Mart 2021, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin