BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda üç oğlan tələbə qızı zorla qaçırdı - AÇIQLAMA

Samux rayon sakini, 21 yaşlı qız məcburi qaçırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Gülər Mirzəyevanın anası iddia edib.

 

O bildirib ki, qızı Azərbaycan Dövlət Aqrar Universitetinə istehsalat təcrübəsinə gedən zaman onu Vüsal adlı şəxs və iki tanışı məcburi qaçırıb:

 

“Oğlanın ailəsi elçi gəldi, qızım istəmədi. Bu gün məcbur qaçırıblar. Polis qızımın qaçırılması ilə bağlı məsələyə baxmır.”.

 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır:

 

“Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib”.

 

“Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir”,- deyə o əlavə edib.

 

Oxu.az

 

Tarix: 10 Mart 2021, 18:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin