BURADA REKLAMINIZ OLA
BİLƏR

"Köhnə nəsilin getdiyi yol doğru olsaydı, indi bu gündə olmazdıq" – Ramin Hacılı

"Əziz gənclər, yaşlı nəsili dinləməyin. Onlar sizə Qarabağ problemi, xoşbəxtliyə möhtac ölkə, demokratiyaya həsrət vətəndaşlar diyarı, sizlərin söz sahibi olmadığı, ancaq yükünü çəkməli olduğunuz dövlət bəxş edib. Azadlığı - insanın özünə güvənini tərbiyəsizlik kimi təqdim edib. Bir - birinizə düşmən edib. Min cür dərd, axmaqlığı dəyər kimi soxuşdurub".

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Ramin Hacılı deyib.

 

"Siz Qarabağ zəfərinin qəhramanlıq səlnaməsini yazan nəsilsiz. Özünüzə güvənin. Nəsildaşlarınızı sevin. Xoşbəxt olacağınız ölkənizi qurun. Doğrusunu siz bilirsiz. Siz bizim tək ümidimizsiz, Azərbaycan gəncliyi. Xanımlara münasibətiniz sovet məktəbi kimi olmasın. Öz sevginizə, öz ruhunuza, öz həqiqətinizə istinad edin. Köhnə nəsilin getdiyi yol doğru olsaydı, indi bu gündə olmazdıq. Deməli, onların həqiqəti sizi daha çox geri salar. Əmin olun, özünüzə və həqiqətinizə!" - R.Hacılı qeyd edib.

Tarix: 11 Mart 2021, 00:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin