BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Budaqov: “Ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb”

“44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin olunub. Qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha möhtəşəm vəzifələr dayanır: “Ona görə də YAP-ın gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq”.

 

 

Pravda.az xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

 

T.Budaqov xatırladıb ki, 1990-cı illərin əvvəllərində respublikada xaos, anarxiya hökm sürürdü və dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı: “Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, ölkəni məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı”.

 

O deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır: “YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib”.

 

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb: “Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir”.

Tarix: 11 Mart 2021, 19:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin