BURADA REKLAMINIZ OLA
BİLƏR

Yenidən iqtisadiyyat qapanacaq, hərəkət məhdudlaşdırılacaq

"Hakimiyyətin pandemiya ilə əlaqəli atdığı  sistemsiz addımlar iqtisadiyyatı çökdürür. Yenə də nəticələrini düşünmədən yenidən bir sıra sektorlar üzrə fəaliyyətin dayandırılmasına  sövq edən ictimai rəy formalaşdırılır. Bəzi həkimlərin təşkil olunmuş müsahibələri vasitəsilə 2 həftəlik sərt rejimin tətbiqi zərurəti əsaslandırılır. Yenidən iqtisadiyyat qapanacaq, hərəkət məhdudlaşdırılacaq".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

"Görünür ki, bütün bunların müqabilində yaranan xərcləri sahibkarların və vətəndaşların necə ödəyəcəyi bu hakimiyyəti qayğılandırırmır. Hökümət başa düşmür ki, iqtisadi idarəçilik yalnız büdcəyə pul yığımını təmin edən fiskal və ən geci 6 aydan sonra bağlanan məşğulluq siyasətindən ibarət deyildir.  Hökumət onu da başa düşmür ki, qısa müddətli dövrə müşahidə olunan  positiv dəyişikliklər bəzən orta və uzunmüddətli dövrdə fəsadlar yaradır. Bunu azad sahibkarlara münasibətdə gedən proseslərdən asanlıqla sezmək olur. Odur ki, hökumət bu ərəfədə  sahibkarlara və vətəndaşlara münasibətdə xəsislik etməməlidir. Məcmu tələbi artırmaq üçün ya sosial yardım və maliyyə dəstəyi proqramlarını davam etdirməklə, ya da "iqtisadiyyatı açmaq"a  işgüzar fəallıq  hesabına alıcılıq qabliyyətinin azalmasına yol verməməlidir" - Q.İbadoğlu qeyd edib.

Tarix: 12 Mart 2021, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin