BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürüb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

 

O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”.

 

APA

 

Tarix: 12 Mart 2021, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin