BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmsəddin Hacıyev niyə namizəd olmadı? - “Yeniləşmə və gəncləşmə həmişə lazımdır”

Beşinci çağırış Milli Məclisin deputatı Şəmsəddin Hacıyev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən danışıb.

 

O, Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında yer almamasının müzakirə olunmamasını məqsədəuyğun hesab edib:

 

“Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşıram. Hesab edirəm ki, bu cür məsələlər müzakirə olunmamalıdır:

 

Şəmsəddin Hacıyev YAP-ın namizədlərindən də söz açıb: “Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri arasında xeyli  gənc var. Gənc namizədlərə üstünlük verdiyinə görə, Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm. Hesab edirəm ki, yeniləşmə və gəncləşmə həmişə lazımdır. Gənclik özü güc, enerji və çeviklik deməkdir. Bütün namizədlərə seçkilərdə uğurlar arzulayıram”.

 

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı Şəmsəddin Hacıyev 29 saylı Səbail seçki dairəsindən deputat seçilmişdi. O Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Hazırda 29 saylı Səbail seçki dairəsindən YAP-ın namizədi Aytən Hüseynovadır.

Tarix: 12 Yanvar 2020, 20:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin