BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin: “Orada marağımız var”

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

 

Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə Yaxın Şərq regionunda baş verən proseslər müzakirə olunub.

 

Müşavirədə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və müdafiə naziri Sergey Şoyqunun məruzələri dinlənilib.

 

V. Putin Rusiyanın ənənəvi olaraq Yaxın Şərq regionuna böyük diqqət ayırdığını söyləyib: “Bizim orada çoxlu marağımız, çoxlu dostumuz və tərəfdaşımız var. Bu, xarici iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün perspektivli, bizim üçün ənənəvi dost regiondur”.

Tarix: 12 Mart 2021, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin