BURADA REKLAMINIZ OLA
BİLƏR

Gültəkin Hacıbəylinin oğlunun “stop”u götürüldü

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

 

Pravda.az xəbər verir ki, bu barədə G.Hacıbəyli məlumat verib.

 

Bakı Apellyasiya Məhkəməsində Almaniyada Universitetə daxil olmuş oğlunun ölkədən çıxışına icazə verilməsilə bağlı şikayətinə baxılıb.

 

Məhkəmə G.Hacıbəylinin şikayətini təmin edib və 17 yaşlı oğlu Toğrulun Almaniyada təhsil alması üçün ölkədən çıxışına icazə verilib.

 

Toğrul Mehdinin atası Mahmud Mehdiyev bir neçə il əvvəl Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib. G.Hacıbəyli və M.Mehdiyev 2003-cü ildə boşanıblar.

Tarix: 12 Mart 2021, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin