BURADA REKLAMINIZ OLA
BİLƏR

Motosikletçi marafonda vəfat etdi - FOTO

Portuqaliyalı Paulu Qonsalveş “Dakar” ralli marafonunun yeddinci etapında – 276-cı kilometrlikdə həlak olub. 40 yaşlı motosikletçin yıxılma nəticəsində vəfat edib.

 

Saat 10:08-də xilasedicilər həyəcan siqnalı alıblar. Artıq 10:16-da vertolyot faciə yerinə çatıb. Tibb heyəti Paulunu huşsuz vəziyyətdə aşkarlayıb. İdmançını xəstəxanaya yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Paulu bu yarışda 13-cü dəfə iştirak edib. Onun ən yaxşı nəticəsi 2015-ci ildə əldə etdiyi ikincilik olub.Oxu.az

Fotoları təqdim edirik
Tarix: 12 Yanvar 2020, 20:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin