BURADA REKLAMINIZ OLA
BİLƏR

İki sabiq nazir saxlanıldı

Boliviyanın keçmiş ədliyyə naziri Alvaro Koimbra və sabiq energetika naziri Rodriqo Qusman 2019-cu ilin noyabrında baş vermiş dövlət çevrilişi haqqında işin araşdırılması çərçivəsində saxlanılıblar.

 

Pravda.az xəbər verir ki, bu barədə “Agencia Boliviano de Information” bildirib.

 

Sabiq məmurlara qarşı terrorçuluğa, qiyama təhrikçilik və sui-qəsd ittihamları irəli sürülüb.

 

Bundan əvvəl prokurorluq daha üç sabiq nazirin və 2019-cu ilin noyabrında Evo Moralesin dövlət başçısı postundan istefasından sonra prezident vəzifəsini icra edən Janin Anyesin həbsinə order verib. "Siyasi təqib başlandı", - Anyes tvitterdəki hesabında prokurorluğun qərarını şərh edib.

 

Boliviyada 2019-cu ilin 20 oktyabrında prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsinin məlumatlarına əsasən, seçkilərdə Morales səs çoxluğu qazanıb. Onun əsas rəqibi Karlos Mesa bildirib ki, birinci turda opponentinin qələbəsini tanımır.

 

Report

Tarix: 13 Mart 2021, 01:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin