BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin demək istəyir ki, proses nəzarət altındadır”

"Kremlə həm Bakıdan, həm də İrəvandan şikayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir. Buna görə də Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub".

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

"Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib. Bu telefon zənginin iki mənası var. Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər. Bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır, Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib" – E.Şahinoğlu qeyd edib.

Tarix: 13 Mart 2021, 01:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin