BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Niqab qəbuledilməzdir”

“Qadınların baş örtüyü - hicabla pasporta şəkil çəkdirməsinə, hicabla universitetə getməsinə normal yanaşıram. Qadın bunu könüllü edirsə, onun iradəsinə və inancına zor etmək olmaz. Atası, qardaşı və ya əri tərəfindən məcbur edilibsə yolverilməzdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

R.Nurullayev bildirib ki, niqab isə bütün cəhətlərdən qəbuledilməzdir: “Qadın başını bağlaya bilər, amma üzünü də qara niqab altında gizləmək heç cür alqışlana bilməz. Qətiyyən!”

Tarix: 13 Mart 2021, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin