BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Əsədə: “Düzələr, düzələr... Trampı Dəməşqə dəvət edin, gələr”

Rusiya Prezidenti Vladimir Putin Suriyaya rəsmi səfəri zamanı həmkarı Bəşər Əsədə ABŞ Prezidenti Donald Trampı ölkəsinə dəvət etməyi təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Putinlə Əsədin Müqəddəs Məryəm pravoslav kilsəsindəki görüşündən yayılan videoda məlumat var. Kilsədə dövlət başçıları həvari Pavelin Dəməşqin giriş qapısında xristianlığı qəbul etməsi haqda söhbət ediblər. İnanca görə, Pavel şəhərə daxil olanadək kor olub və səmada İsa peyğəmbər görünərək yepiskopun evinə gedən birbaşa yolu görməsi üçün onun gözlərinə işıq verib.

 

Bu zaman Əsəd zarafatla “Tramp da bu yola gəlsəydi, hər şey onunla da normal olardı” deyib.

 

Putin isə “Düzələr, düzələr... Dəvət edin, gələr” cavabını verib.

 

Əsəd ABŞ rəhbərini qəbul etməyə istənilən vaxt hazır olduğunu bildirib. Rusiya Prezidenti bu dəvəti Trampa çatdıracağına söz verib.

 

Xatırladaq ki, Vladimir Putin yanvarın 7-də Suriyada rəsmi səfərdə olub.Qafqazinfo

Tarix: 12 Yanvar 2020, 22:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin