BURADA REKLAMINIZ OLA
BİLƏR

Media və QHT rəhbərləri Ağdamda ermənilərin dağıtdıqları Şəhidlər xiyabanını ziyarət etdilər

Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.

Pravda.az-ın xəbərinə görə, onlar işğal zamanı erməni vandallarının dağıtdıqları Uzundərə II Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfərdə media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər davam edir.

Tarix: 13 Mart 2021, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin